![]() |
![]() |
|
|
Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İran rejiminin həbs etdiyi güneyli tələbələrlə bağlı bəyanat verib. Sənəddə bildirilir ki, iyulun 17-də Təbriz Universitetinin Tələbə Birliyinin üzvləri - maşınqayırma sahəsi üzrə aspirant Səccad Radmehr, hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xaceyi ali təhsil müəssisəsinə daxil olarkən həbs olundular. Bunun ardınca İran təhlükəsizlik qüvvələri onların evlərində axtarış apararaq, bir sıra şəxsi əşyaları müsadirə ediblər. Həmin gün İran ordusunda xidmət edən, leytenant Daryuş (Elçin) Hatəmi də yaxalanaraq naməlum istiqamətə aparılıb. Bundan əvvəl Səccad Radmehr mayın 11-də universitetdə keçirilmiş aclıq aksiyasında iştirak edib. Həticədə milli fəal bir ay ərzində bütün tələbə hüquqlarından məhrum olunub. Fəraz Zehtab və Aydın Xacei də ali təhsil müəssisəsində təşkil olunmuş piketlərin iştirakçısı olublar. Avqustun 13-də isə Təbriz Universitetində növbəti tələbə fəal - Əmir Mərdani həbs edilib. Bundan əlavə, avqustun 20-də daha iki tələbə fəalı - Təbriz Universitetinin Tələbə Birliyinin üzvləri olan coğrafiya fakültəsinin tələbəsi Maqsud Əhdi və maşınqayırma fakültəsinin tələbəsi Mənsur Əminian yaxalanıb.. Birinci öz evində, ikinci isə çağırıldığı "Ettelaat" idarəsində həbs olunub. Hər ikisinin yaşayış yerləri həbsin ardınca axtarılıb. Onlara ailələrinə zəng etməyə icazə verilməyib və birbaşa hakim qarşısına çıxarılıblar. İran rejimi qanunları pozaraq onların həbs müddətini iki aya qədər uzadıb. Eyni zamanda avqustun 31-də İsfahan Malik Əştər Texnologiya Universitetinin gəmiçilik fakültəsinin tələbəsi Məcid Makuyizad Xoy şəhərində atasının evində yaxalanıb. Milli fəal iki ay "Ettelaat"ın Urmiyadakı təcridxanasında saxlanıldıqdan sonra Təbrizə göndərilib. Bundan əlavə, "Ettelaat" Urmiya Universitetinin tələbəsi İlahə Radmehri (Səccad Radmehrin bacısı) hədələyib. Ona xarici mətbuata qardaşı barəsində informasiya ötürəcəyi təqdirdə ali təhsil müəssisəsindən xaric ediləcəyi bildirilib. Hətta onun ailə üzvlərinə də hədə-qorxu gəlinib. Avqustun 23-də Səccad Radmehrin anası oğlunun durumunu soruşmaq üçün Təbriz Universitetinə gedəndən sonra hədələnib. Fəraz Zehtabın anası isə "Azadlıq" radiosunun fars bölməsi olan "Fərda"ya müsahibəsində belə deyib: "Onlar bizə düzgün cavab vermirlər. Mən "Ettelaat"dan, həbsxana işçilərindən soruşmuşam. Ancaq onlar mənə heç bir cavab verməyiblər. Mən bilmirəm oğlum haradadır, yalnız bircə dəfə səsini eşitmişəm". Bəyanatın sonunda "Amnesty İnternational" adıçəkilən tələbələri vicdan məhbusu hesab edir və İran rejimindən onların dərhal azadlığa buraxılmasını tələb edir . |
|
+ نوشته شده در
شنبه ششم مهر 1387ساعت 12:1 توسط |
|
|
SALAMLAR menom aziz veten dashlarim bizim oz dilimizde yaranan blogimiz var her kes istir Oz dilinde yzsin ve oreyindekini soylesin gelsin bu adrese: WWW.AZERIBLOG.COM
|
|
+ نوشته شده در
شنبه ششم مهر 1387ساعت 11:57 توسط |
|
|
صفحه نخست پست الکترونیک آرشیو وبلاگ عناوین مطالب وبلاگ |
| درباره وبلاگ |
باخیشلارین
یامان جانیمی سویوب منی آلیب قاچیر دیب منده ن ایندیسه بیلمیرم من سنم یا سن من چر چی وه سین سیندیر اوره یی نی آچ کلمه کلمه سویله.... آذربایجانیم |
| پیوندها |
|
ARAZ TEBRIZ TV yashasin azerbaycan TURK urmulu tam TURKlerin oz dilinde blog .... |
|
RSS
|